Azərbaycan çempionatına yekun vuruldu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb. 
Yeniavaz.com xəbər verir ki, körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. Tribunada yer alan tamaşaçılar maraqlı yarış izləyiblər. 89 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Ceyhun Tağızadə, 96 kq çəki dərəcəsində toplam 332 kq (148+184) nəticə ilə Nailxan Nəbiyev, 102 kq çəki dərəcəsində isə toplam 323 kq (148+175) nəticə ilə Əliş Nəzərov qalib adını qazanıb. 109 kq çəki dərəcəsində toplam 270 kq (115+155) nəticə ilə İsmayıl Qurbanov və +109 kq çəki dərəcəsində isə toplam 312 kq (140+172) nəticə ilə Həsənbəy Həsənzadə çempionluğu bayram edib.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması idi. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınadı.
 
89 kq
N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Tağızadə Ceyhun 1995 Lənkəran Zirvə 87.9 125 151 276
2. Rəhimli Cavid 1998 Qazax Zirvə 83.8 115 138 253
3. Həsənli İsa 2002 Lənkəran UGİM 83.2 104 135 239
4. Həşimov Zülfüqar 1986 Bakı Zirvə 81.4 106 126 232
5. Cəfərov Eltun 1994 Qazax Zirvə 81.9 110 0 -
6. Əskərov Pərvin 1994 Gəncə Təhsil 85.2 111 0 -
 
96 kq
N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Nəbiyev Nailxan 1994 Bakı Spartak 94.9 148 184 332
2. İsmayılov Kamran 1993 Sumqayıt Zirvə 95.9 149 182 331
3. Şükürlü Əli 2003 Sumqayıt Zirvə 94.0 123 151 274
4. Qasımlı Sərxan 1998 Qazax Zirvə 95.2 - - -
 
102 kq
N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Nəzərov Əliş 1999 Bakı Təhsil 96.5 148 175 323
2. Bayramlı Ümudvar 2001 Bakı Təhsil 102.0 122 145 267
 
109 kq
N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Qurbanov İsmayıl 2000 Qobustan Zirvə 107.7 115 155 270
 
+109 kq
N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Həsənzadə Həsənbəy 2001 Samux Zirvə 114.2 140 172 312
2. Səfərov Vasif 1991 Qobustan Zirvə 112.6 141 150 291
3. Kazımov Rəhman 2002 Xırdalan Zirvə 114.6 127 162 289
4. Əliyev Əli 1994 Gəncə Təhsil 116.8 0 - -

DİGƏR XƏBƏRLƏR

Top