Zəlzələ bu yollarda çatlar əmələ gətirdi


5 yanvar tarixində gecə saatlarında Azərbaycan ərazisində baş vermiş 6 ballıq zəlzələ zamanı bəzi yollarda çatlar əmələ gəlib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisinə düşən hissəsində 4-5 yerdə çat əmələ gəlib: 

"Pirqulu-Dəmirçi və Qızmeydan yollarında bir-neçə yerdə çatlar və sürüşmələr, həmçinin Muğanlı-İsmayıllı yolunda da bir-neçə yerdə çat yaranıb". 

Onun sözlərinə görə, hazırda həmin yollara baxış keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top