Alzheimer xəstəliyindən xilas olmaq mümükün olacaq


ABŞ-ın Kaliforniya ştatının universitetlərindən birində amerikalı bioloqlar alzheimer xəstəliyinin müalicəsi ilə bağlı maraqlı tapıntı ediblər. Perspektivli müalicə üsulu təsadüfən kəşf edilib. Alimlər insult xəstəliyinin təsirlərini aradan qaldırmaq üçün araşdırma apararkən bu nəticəyə gəlib çıxıblar. Bioloqlar qeyd edir ki, yeni dərman neyronları qoruyur və iltihab səviyyəsini azaldır. Yeni vasitə xəstəliyin erkən mərhələlərində beta-amiloidləri təsirli şəkildə məhv edir. Preparatın tərkibində olan xüsusi ferment qan damarlarında iltihablaşmanın qarşısını alır. Bundan əlavə, ferment hüceyrələri qida və oksigen çatışmazlığından da qoruyur. Dərman alzheimer xəstəliyinə meylli olan siçanlar üzərində dörd ay müddətində sınaqdan keçirilib. Məlum olub ki, kiçik dozalar alan siçanların vəziyyəti müsbətə doğru irəliləyir. Bu vasitə ilə problemə qarşı iki dəfə artıq mübarizə aparmaq olur. Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, hələlik dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Xəstəlik zamanı yaddaş və digər intellektual qabiliyyətlər nəzərə çarpacaq dərəcədə pozulur. Xəstəlik ilk dəfə 1907-ci ildə alman psixiatrı Alois Alzheimer tərəfindən müəyyən edildiyindən onun adını daşıyır. Xəstəliyə kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir. Lakin xəstəliyin getdikcə cavanlaşacağı, alzheimerdən əziyyət çəkənlərin artacağı proqnozlaşdırılır. (e-tibb.az)

DİGƏR XƏBƏRLƏR

Top