Putin: Biz də müqavilədən çıxırıq, amma silah yarışına girməyəcəyik


Rusiya orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədə iştirakını dayandırır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin  deyib. O, bildirib: “Biz aşağıdakı şəkildə edəcəyik. Cavabımız misliylə olacaq. Amerikalı tərəfdaşlar elan ediblər ki, onlar müqavilədə iştiraklarını dayandırırlar və biz də dayandırırıq”. V. Putin sözügedən məsələ üzrə danışıqlara təşəbbüs göstərmək cəhdlərini dayandırmağı tapşırıb: “Bu sahədəki təkliflərimiz əvvəllər olduğu kimi stol üzərində qalıb, qapı danışıqlar üşün açıqdır. Bununla belə Xarici İşlər və Müdafiə nazirliklərinə tapşırıram ki, bu problem üzrə bundan sonra heç bir danışıq aparmaq təşəbbüsü göstərməsinlər. Bu vacib mövzu üzrə bizimlə bərabərhüquqlu və məzmunlu dialoq aparmaq üçün tərəfdaşlarımızın yetişməsini gözləyək”. Dövlət başçısı qeyd edib ki, Rusiyanın orta və kiçik mənzilli raketləri dünyanın bu və ya digər regionlarında yerləşdirilməyəcək, ta ki ABŞ-ın analoji silahı oralarda yerləşdirilməyənədək. V. Putinin sözlərinə görə, Rusiya müqavilədə iştirakını dayandırdıqdan sonra yeni silah yaradılacaq, lakin bu, Müdafiə Nazirliyinin büdcəsi artırılmadan olacaq: “Bizə böyük xərclərə başa gələcək silah yarışına girməməliyik və girməyəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top