İran Silahlı Qüvvələri “Huveyze” adlı uzaq fəaliyyət radiuslu yeni qanadlı raket təqdim edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, raket İranın hərbi nailiyyətlərinin nümayiş etdirildiyi sərgidə göstərilib. Mərasimdə İranın müdafiə naziri Əmir Hatəmi də iştirak edib. Nazir bildirib ki, sözügedən raket “Suma” qrupuna daxildir: “O, qısa müddət ərzində havaya buraxıla bilər və yüksək effektivliyə malikdir. Raket “Aerospace Industries Organization” şirkətinin ekspertləri tərəfindən hazırlanıb. Onun uçuş məsafəsi 1350 kilometrdən artıq təşkil edir. Raketin yüksək dəqiqliyi var və aşağı hündürlüklərdə uça bilər”.