Toyda şou göstərirdi üzü alışdı - VİDEO


Hindistanda toy mərasimində alov şousu faciəyə səbəb olub.

Qonaqlar arasında ən cəsarətlisi bir neçə dəqiqəlik tonqal yaratmaq istəyir.

O, ağzına keratin doldurur, bir neçə saniyə ağzında saxladıqdan sonra mayeni ağzından çıxararaq alışdırıb.

Onun ilk cəhdi uğurlu alınıb. Növbəti cəhd zamanı isə alov anidən sifətini yandırıb. Ətrafdakılar əlləri ilə alovu söndürməyə çalışsa da, cəhdlər heç bir nəticə verməyib. Bu zaman qonaqlardan biri su gətirib və alovu söndürmək mümkün olub.

Zərərçəkəni xilas etmək mümkün olsa da, o ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.(baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top