Azərbaycanda dərmanlarla bağlı yeni qaydalar tətbiq ediləcək


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin farmokonəzarəti, ekspertizası, geri çağırılması ilə bağlı yeni qaydaların layihələrini hazırlayıb.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, “Dərman vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərdə dərman vasitələrinin farmokonəzarətinin, geri çağırılmasının, ekspertizasının həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapıb: “Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Prezidentinin Fərmanına əsasən yeni "Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası", "Dərman vasitələrinin farmokonəzarət Qaydası" və "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın layihələri hazırlanıb. Bu layihələr müvafiq qaydada təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top