Trampın eks-müşaviri 250 min dollar verərək həbsdən çıxdı

 
Seçkiqabağı yarış dövründə Donald Trampın müşaviri olmuş Rocer Stoun məhkəmədən öncə 250 min dollar qarşılığında həbsdən azad edilib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Florida ştatının Fort-Loderdeyl şəhərindəki federal məhkəmənin qərarında deyilir.
 
Bundan başqa, R. Stouna pasportunu təhvil vermək və növbəti məhkəmə iclasınadək ABŞ-ı tərk etməmək tapşırılıb. O, 2016-cı il prezident seçkilərində D. Trampın müşaviri vəzifəsini tutub. R. Stoun məxfi sənədləri dərc edən “WikiLeaks” təşkilatı ilə əlaqə qurmaqda da ittiham olunur.
 
Xüsusi prokuror Robert Müllerin ofisindən bildiriblər ki, R. Stoun  cümə günü Fort-Loderdeyl şəhərində saxlanılıb. Ona qarşı yeddi bənd üzrə ittiham irəli sürülüb. Onların arasında rəsmi prosedura mane olmaq, yalan ifadələr vermək, eləcə də şahidə təzyiq göstəmək də var. R. Müller Rusiya hakimiyyətinin ABŞ-da 2016-cı il prezident seçkilərinə mümkün təsir cəhdləri üzrə araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top