Birinci vitse-prezident yeni doğulan üçəmlərlə bağlı göstəriş verdi


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.

Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda yaşayan Vəliyevlər ailəsində üçəm dünyaya gəlib. Körpələrin üçü də qızdır. Valideynləri onlara Mehriban, Leyla və Arzu adlarını verib.

Yenicə dünyaya göz açan qızların anası Xanım Vəliyeva mətbuata açıqlamasında evlərinin olmadığını, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almadıqlarını bildirmişdi. (modern.az)



\

 

DİGƏR XƏBƏRLƏR

Top