ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalif parlamentinin sədri Xuan Quaidonu ölkə Prezidenti kimi tanıdığını elan edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə D. Trampın yazılı bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Bu gün mən Venesuela Milli Assambleyanın sədri Xuan Quaidonu Venesuelanın keçid Prezidenti kimi rəsmi olaraq tanıyıram. Venesuala xalqının qanuni seçdiyi hakimiyyətin yeganə qolu qismində Milli Assambleya ölkə Konstitusiyasına istinad edərək Nikolas Maduronu qanunsuz, prezident postunu isə vacant elan edib”.
D. Tramp əlavə edib ki, Venesuelada demokratiyanın bərpa edilməsinə nail olmaq üçün ABŞ-ın bütün iqtisai və diplomatic gücündə istifadə etməyə davam edəcək. O, X. Quaido ilə işləməyə hazır olduğunu vurğulayıb. Amerika lideri Venesuela xalqına qarşı istənilən təhdidə görə Maduro rejimini məsuliyyətə cəlb edəcək.
Xatırladaq ki, Venesuela Milli Assambleyanın (bir palatalı parlament) sədri və müxalifətin lideri X. Quaydo özünü ölkə Prezidentinin səlahiyyətlərini icra edən elan edib.