Dünyanın ən innovativ ölkələri - REYTİNQ


Cənubi Koreya innovasiyaların səviyyəsi üzrə illik reytinqdə birinci yeri tutub. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin hazırladığı “Bloomberg Innovation Index” reytinqində deyilir. Cənubi Koreya ardıcıl 6 ildir liderliyini  qoruyur. Siyahıda ikinci və üçüncü yerləri müvafiq olaraq, Almaniya və Finlandiya tutur. İlk onluğa, həmçinin İsveçrə, İsrail, Sinqapur, İsveç, ABŞ, Yaponiya və Fransa daxil olublar. Ekspertlər reytinqi hazırlayarkən patentlərin verulməsi, elmi-araşdırma fəaliyyətinə çəkilən xərclər, istehsalatda əlavə dəyər, ali təhsilin alınması kimi meyarları əsas götürüblər.

DİGƏR XƏBƏRLƏR

Top