Duman rayonda ağır qəzaya səbəb oldu: sürücü dünyasını dəyişib - FOTOLAR - VİDEO


Goranboyda iri tonnajlı yük avtomobili aşıb, sürücü dünyasını dəyişib. Ağır qəza gecə saatlarında Bakı-Qazax avtomagistralının rayonun Dəlimmədli qəsəbəsindən keçən hissəsində baş verib.
Yeniavaz.com xəbər verir ki, idarəetməni itirən sürücü yük maşınını 4 zolaqlı yolda qurşdırlan dəmir arakəsmələrə çırpıb, zərbənin gücündən iri tonnajlı avtomobil yola aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İldırım Abbasov təcili tibbi yardım avtomobili ilə Gəncədə yerləşən xəstəxanlardan birinə çatdırlıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qəzaya ilkin səbəb kimi, havanın qatı duman olması göstərilir.
Qeyd edək ki, Goranboy rayonu ərazisində son 3 gündə avtomobillərin hərəkətini çətinləşdirəcək dərəcədə duman müşahidə edilir.
Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top