26 nəfərin ümumi sərvəti 3,8 milyard insanın sərvətinə bərabərdir - HESABAT


Ən varlı 26 nəfərin mülkü dünya əhalisinin yarısının mülklərindən daha çoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Oxfam" yoxsulluqla mübarizə üzrə təşkilatların beynəlxalq birliyinin hesabatında yer alıb. “Oxfam”ın “Forbes” və “Credit Suisse”in məlumatlarını əldə tutaraq hazırladığı hesabatda dünyadakı gəlir bölgüsünün ədalətsizliyini göstərən faktlar mövcuddur. Hesabata əsasən ən varlı 26 nəfərin ümumi sərvəti 3,8 milyard insanın sərvətinə bərabərdir. Üstəlik həmin 26 nəfər ötən il öz sərvətlərini 900 milyard daha artırıblar. Varlılarla kasıblar arasındakı fərqin getdikcə böyüdüyünü bildirən “Oxfam”ın direktoru Vinni Banima, bu halın həmçinin kasıbların qəzəbinə səbəb olduğunu bildirib. Banimanın fikrincə hökumətlər varlılardan və iş yerlərindən daha çox vergi almalıdır.

DİGƏR XƏBƏRLƏR

Top