Bakıda müxalifət partiyalarının birgə mitinqi keçirildi - FOTO


Bu gün Milli Şura Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda "Mehmana azadlıq" mitinqi keçirib.

Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya  saat 15.00-dan 17.00-dək davam edib. Aksiyaya Milli Şurada təmsil olunmayan Müsavat Partiyası, Real Partiyası və digər müxalifyönlü şəxslər dəstək veriblər. Mitinqdə sabiq daxili işlər naziri İsgəndər Həmidov, Real Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər siyasi şəxslər çıxış ediblər.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın keçirdiyi mitinqlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, aksiyada 2800 (iki min səkkiz yüz) nəfər iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top