Bu ölkə Venesuela ilə diplomatik əlaqələri kəsdi

 
Paraqvay hakimiyyəti Venesuela ilə diplomatik münasibətləri dayandırdığını elan edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Məlumata əsasən, Paraqvay Respublikası hökuməti Venesuela Bolivar Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarı qəbul edib: “Bu ölkədəki səfirliyimizin bağlanması və diplomatik heyətin dərhal geri çağırılmasına dair sərəncam verilib”.
 
Qeyd edək ki, Venesuelada prezident seçkilərinin qalibi olmuş Nikolas Maduro yanvarın 10-da dövlət başçısı vəzifəsinə başlayıb. O, Venesuelanın Ali Məhkəməsində and içib. İnauqurasiyasa mərasimində Boloviya, Kuba, Nikaraqua, Salvador və qondarma Cənubi Osetiya respublikasının liderləri iştirak ediblər.
 
Xatırladaq ki, Venesuelada prezident seçkiləri 2018-ci il mayın 20-də baş tutub. N. Maduro seçicilərin təqribən 6,2 milyon səsini qazanıb. Onun əsas rəqibi Enri Falkon isə 1,9 milyon səs toplayıb. Səsvermədə 20,5 milyondan çox adamın iştirak etmək hüququ olub. Seçici fəallığı 45,99% təşkil edib.
 
Daha əvvəl bu ay Meksika istisna olmaqla, Latın Amerikasının Lima Qrupu N. Maduronun yeni prezidentlik müddətini tanımadığını açıqlayıb. Müvafiq sənədi Argentina, Braziliya, Qayana, Qvatemala, Honduras, Kanada, Kolumbiya, Kosta-Rika, Panama, Paraqvay, Peru, Sent-Lüis və Çili nümayəndələri imzalayıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top