Peskov Ərdoğanın Rusiyaya səfərindən danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri yaxın perspektivdə hazırlanır, lakin tarix hələ müəyyənləşməyib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib: “Olduqca yaxın perspektivdə, bəlkə də ən yaxın perspektivdə bu səfəri gözləyirik və hazırlayırıq. Bununla belə, hələlik hansısa tarix müəyyən edilməyib”. Daha əvvəl Türkiyə Prezidentinin mətbuat xidməti məlumat vermişdi ki, dövlət başçısı yanvarda Rusiyaya səfər etmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top