Dünya Bankının prezidenti vaxtından əvvəl vəzifəsindən gedir

 
Dünya Bankının (DB) prezidenti Cim Yon Kim fevralın 1-də istefa verəcək. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, DB prezidentinin səlahiyyətlərini təşkilatın baş direktoru ola bolqarıstanlı Kristalina Georgiyeva icra edəcək.
 
Amerikalı C.Y.Kim 2012-ci il iyulun 1-də 5 il müddətinə DB-nin rəhbəri vəzifəsinə seçilib. Ardından Direktorlar Şurası onu 2022-ci ilədək yenidən prezident seçib. C.Y.Kimin yeni iş yeri barədə məlumat verilmir. Onun inkişaf etməkdə olan ölkələrdə infrastruktura investisiyalar qoymaqla məşğul olan şirkətlərə qoşulacağı məlumdur.  

DİGƏR XƏBƏRLƏR

Top