Anar Hüseynova daha yüksək vəzifə verildi - yeni TƏYİNAT


Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb.

Qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC daxildir.

Anar Hüseynov daha əvvəllər "Asan Xidmət" mərkəzinin mətbuat katibi vəzifəsində çalışıb.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə də yeni təyinat olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

V. Hüseynov əvvəllər APA TV-də direktor vəzifəsində çalışıb. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top