Azərbaycanda maşınlar bahalaşacaq - Aksiz dərəcələri artırıldı


Bu gündən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb. 

Qeyd edək ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Vergi Məcəlləsində dəyişikliklərdə əksini tapmışdı. 
Yeniavaz.com xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top