Bakıda “Həmrəylik” veloyürüşü keçirilib


 
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubu və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Bakıda “Həmrəylik yürüşü” keçirilib. Federasiyadan Yeniavaz.com-a verilən məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkvnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər iştirak edib.
 
300-ə yaxın velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət edib və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top