Azərbaycanda qatar avtomobillə toqquşdu​

Bakı-Böyük Kəsik istiqamətində hərəkətdə olan qatar Ucar rayonu ərazisində qəzaya uğrayıb.

Qatar gecə 04:00 radələrində dəmiryol işçilərinə məxsus avtomobillə toqquşub.

Avtomobildəki 3 işçinin sərxoş olduğu deyilir. Qəza zamanı ölüm hadisəsi qeydə alınmayıb.

Hadisə ilə əlaqədar qatar məntəqəyə təyin olunan vaxtdan 4 saat gec çatıb.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top