
Amerikalı Kolin O'Breydi tarixdə ilk dəfə olaraq Antarktidanı xizəklə təkbaşına keçməyi bacarıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, onun səyahəti noyabrın 3-də başlayıb. Amerikalı həmin vaxtdan bəri 1500 kilometr yol gedib. K. O'Breydi yolun son 130 kilometrini son sutkalar ərzində qət edib. O bildirib: “Bu həyatımda ən ağır 32 saat olsa da, sınaqdan keçdiyim ən yaxşı vaxtıydı”. Amerikalı səyahət boyu fotoşəkillərini “Instagram” səhifəsində paylaşırdı. O, peyk telefonu və modem sayəsində şəbəkəyə daxil ola bilib.
Tətbiqimizi yükləyə bilərsiniz