BDU ilə bağlı olaya dair universitetin rəsmi mövqeyi açıqlandı


Ötən gün Bakı Dövlət Universiteti ilə bağlı bir sıra xəbər portallarında qalmaqal xarakterli məlumat dərc olunub.

Məlumatda BDU-da laboranta əxlaqsız təklif edildiyi haqda yazılmışdı. Dərc olunan materialda qeyd olunub ki, BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının yaşlı müəllimi gənc laborant xanıma əxlaqsız təklif edib və bununla bağlı artıq müvafiq qurumlara şikayət var.

Mediada dərc olunan bu xəbərlərlə əlaqədar olaraq BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bunları deyib:

"Bəzi xəbər saytlarında "BDU-da qalmaqal" başlığı altında verilən məlumatla bağlı bildiririk ki, sözügedən məsələyə dair universitetə heç bir rəsmi müraciət daxil olmayıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edildiyi təqdirdə cari ilin 13 dekabr tarixində baş verdiyi bildirilən məsələ müvafiq qaydada hüquqi müstəvidə araşdırılacaq".(sputnik.az)
 

DİGƏR XƏBƏRLƏR

Top