Yumurtanın təzə, yoxsa köhnə olduğunu belə yoxlamaq olur - SADƏ ÜSUL, FOTOLAR


Həyatımızı asanlaşdıracaq bəzi üsullar var ki, çoxumuz bunlardan xəbərsizik. Halbuki bu sadə üsulları dünyanın bir çox ölkələrində bilirlər və tətbiq edirlər. Məsələn, yumurtanın təzə və ya köhnə olduğunu sındırmadan çoxumuz müəyyənləşdirməkdə çətinlik çəkirik.
Sındırandan sonra isə köhnə yumurtanın qoxusu otağa yayılır ki, bunu da hər adama arzulamırıq. Halbuki yaponlar yumurtanın təzə, yoxsa köhnə olduğunu çox asan üsulla müəyyən edə bilirlər.
Yeniavaz.com saytı belə üsullardan birini təqdim edir.
Bunun üçün sizə 1 bardaq və bir az su lazım olacaq. Suyu bardağa doldurun və yumurtanı onun içinə buraxın. Əgər yumurta təzədirsə, bardağın dibinə çökəcək.
Yumurta bardağın ortasında durursa, bir neçə həftəlikdir, amma hələ də yeyilə bilər anlamına gəlir.
Yumurta suyun üzərində durursa, deməli, onu yemək olmaz və atmaq zamanı gəlib.

DİGƏR XƏBƏRLƏR

Top