Azərbaycanda 34 min şagird təhsilini başa vura bilməyib


Ötən il Azərbaycanda dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı 83 315 nəfər olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu, 11 il əvvəl - 2006-cı ildə 1-ci sinifə gedən şagirdlərin sayından 41% və ya 34 015 şagird az olub. Belə ki, 2006-cı ildə dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrinin 1-ci sinifinə 117 330 şagird daxil olub. Rəqəmlərdən də göründüyü kimi 11 il əvvəl məktəblərə 117 330 şagird getdiyi halda, 11 ildən sonra 83 315 şagir bitirib.
Məlumat üçün bildirək ki, 2015-ci ildə dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrini 9-cu sinifi bitirən şagirdlərin sayı 108 358 şagird olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, 2006-cı ildə 1-ci sinifə gedən şagirdlərin 8 972-si 1-9-cu siniflərdə oxuduqları zaman, 25 043 şagird isə 9-cu sinifdən sonra təhsilini başa vura bilməyib.  
Onu da qeyd edək ki, son 11 ildə Azərbaycanda 5-19 yaşlarında 5722 nəfər ölüb. Bu isə o deməkdir ki, Azərbaycanda minlərlə məktəbli 1-ci sinifə getmələrinə baxmayaraq təhsilini tam şəkildə başa vurmadan məktəbləri tərk edirlər.  
 

DİGƏR XƏBƏRLƏR

Top