
Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nı təsdiq edib. Yeniavaz.com xəbər verir ki, illik gəliri 200 min manata qədər olan və maksimum 10 işçiyə sahib olanlar mikro sahibkar, illik gəliri 200 min manatdan 3 milyon manata kimi və 11-50 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 3 milyon manatdan 30 milyon manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 30 milyondan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunur.
Məlumat üçün qeyd edək ki, bundan əvvəlki meyarlara görə, illik gəliri 200 min manata qədər olan və maksimum 25 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 200 min manatdan 1 milyon 250 min manata kimi və 25-125 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 1 milyon 250 min manatdan yuxarı və 125 nəfərdən çox işçiyə sahib olanlar iri sahibkar hesab olunurdu.
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü |
||||
Sahibkarlıq subyektləri |
İşçilərin sayı |
İllik gəlir |
||
Əvvəlki meyar | Yeni meyar | Əvvəlki meyar | Yeni meyar | |
Mikro sahibkar | - | 10-dək işçi | - | 200 min azn-dək |
Kiçik sahibkar | 25-dək işçi | 11-50 işçi | 200 min azn-dək | 200 min- 3 mln. azn-dək |
Orta sahibkar | 25-125 işçi | 51-250 işçi | 200 min-1,250 mln. azn-dək | 3 mln. - 30 mln. azn-dək |
İri sahibkar | 125-dəm çox işçi | 250-dən çox işçi | 1,250 mln. azn-dən çox |
30 mln. azn-dən çox |