Fiziki məhdudiyyətli gəncin ibrətli həyat hekayəsi

Həkimlərin səhvi nəticəsində sağlamlığını itirən, fiziki məhdudiyyətli gənc, 21 yaşlı Sərxan Adıgözəlov peşəkar IT mütəxəssisidir. Sərxanın bütün həyatı əzmkarlıq nümunəsidir. Fiziki məhdudiyyətli olduğuna görə onu uzun müddət orta məktəbə götürmək istəməyiblər. Amma daha sonra məktəbə qəbul olunan gəncin fotosu illərlə şərəf lövhəsinə vurulub. Məktəbi bitirdikdən sonra təhsilini kollecdə davam etdirən Sərxan, buranı da fərqlənmə ilə bitirib. Onlayn yolla iş üçün müracət edən gənc müsahibədən keçsə belə, sırf fiziki məhdudiyyətli olduğu üçün işə qəbul olunmur. Əzmi sayəsində sonradan həmin şirkətin IT rəhbəri olur. Sərxanın ibrətli həyat hekayəsi video süjetdə…

DİGƏR XƏBƏRLƏR

Top