
Qarışıq döyüş üslublu döyüşçü Həbib Nurməhəmmədov qafqazlılarla rusları bir-birindən ayırmaqdan imtina edib. Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, H. Nurməhəmmədov bunu rinqə Rusiya bayrağı ilə çıxmamasına münasibət bildirərkən deyib.
O bildirib: “Məni Amerikada da Dağıstan, Çeçenistan, Qafqazı tanımayanlar rus adlandırır. Və hətta mənim barəmdə danışan əcnəbi döyüşçülər həmişə deyirlər ki, mən rusam. Buna görə də onlar üçün biz bir millətik, onlar üçün biz eyni adamlarıq”.
H. Nurməhəmmədov qeyd edib ki, ən əsası Rusiya sakinlərinin ruslarla qafqazlıları ayırmamasıdır: “Bununla ancaq bizim bölünməyimizi istəyənlər məşğul olurlar”.