Dəmir yolu xəttinin işçilərini elektrik cəryanı vurub - Ölən var


Dəmir yolu xəttində təmir işləri aparan 2 nəfəri elektrik cəryanı vurub. 
Onlardan biri xəstəxanada dünyasını dəyişib. Yeniavaz.com xəbər verir ki, hadisə Goranboy rayonu ərazisində, "Goran Stansiyası"nın yaxınlığında qeydə alınıb. Həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 61 yaşlı Fikrət İsgəndərov və 33 yaşlı Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub. Hər iki şəxs təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 61 yaşlı Fikrət İskəndərov xəstəxanada dünyasını dəyişib. Yanıq xəsarətləri alan Rauf Məmmədov isə tibbi yardım göstərildikdən sonra öz istəyi ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top