Paşinyan Azərbaycana qaçmaq istəyindən son anda niyə vaz keçib?


Ötən ay Ermənistanda ən çox oxunan kitabların siyahısına bu ölkənin yeni baş naziri Nikol Paşinyanın "Ölkənin digər üzü" adlı kitabı başçılıq edib. Yeniavaz.com xəbər verir ki, kitabda Paşinyanın 2008-2009-cu illərdə qələmə aldığı yazılar yer alıb. Kitabda yer alan maraqlı məqamlardan biri 2008-ci ildə Paşinyanın Azərbaycandan siyasi sığınacaq almaq istəyi ilə bağlıdır.
Bildiyimiz kimi, 2008-ci ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri müxalifət tərəfindən tanınmadıqdan sonra başlayan kütləvi etirazlar Serj Sarkisyan tərəfindən silah gücünə yatırıldı. Həmin dövürdə Ermənistanda onlarla insan öldürülüb, yüzlərlə insan həbs olunub, bir-çox insan isə həbs olunmamaq üçün ölkədən qaçmaq məcburiyyətində qalıb. Ölkədən qaçan insanlardan biri də seçkilərdə Ermənistan prezidentliyinə namizəd Levon Ter-Petrosyanın seçki qərargahının üzvü və 1 mart tarixində baş tutan etraz aksiyasının əsas təşkilatçılarından olan Nikol Paşinyan olub.
Ermənistanın yeni baş naziri "Ölkənin digər üzü" adlı kitabında qeyd edir ki, o zaman mənim gedə biləcəyim bir-neçə ölkə vardı: "Nəzəri baxımdan Gürcüstan üzərindən Azərbaycana da gedə bilərdim. Mənim Serbiya pasportum var idi və bu mənim asanlıqla Bakıya getməyimi təmin edirdi. Bilirdim ki, mən Bakıya getsəm orda məni "ağa"lar kimi yaşadacaqlar. Sonra bütün dünyaya yayacaqdılar ki, görün Ermənistanda vəziyyət nə qədər ağırdı ki, bir jurnalist Azərbaycana qaçır və İlham Əliyevin himayəsinə sığınır. Mən bunu qəbul edə bilməzdim".
Paşinyan xatirələrində həmçinin qeyd edir ki, o İrana sığınmış olsa, bu ölkənin rəhbərliyi onu paketləyərək hədiyyə kimi Serjə (Serj Sarkisyan) göndərəcəkdir. Baş nazir yazır ki, Türkiyəyə sığınacağım halda Serj məni almaq üçün Ermənistanın yarısını belə Türkiyəyə verə bilərdi.

DİGƏR XƏBƏRLƏR

Top