"Arsenal" "Qarabağ"la oyuna ikinci heyətlə çıxacaq


Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" səfərdə "Arsenal"la qarşılaşacaq.

Növbəti mərhələyə vəsiqəni 2 tur öncə təmin edən "topçular" "Qarabağ"la matça ikinci heyətlə çıxacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Unai Emeri əsas heyət üzvlərini Premyer Liqada həftəsonu "Sauthempton"la səfər görüşünə saxlayacaq.

Londonda "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.
(Futbol11.az)

DİGƏR XƏBƏRLƏR

Top