Ərdoğan: Bir neçə gündən sonra Suriyada əməliyyata başlayacağıq


“Suriyada baş verənlərdən çox dərs aldıq”.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, ABŞ Türkiyənin cənub sərhədlərində terror dəhlizi qurmaq üçün çalışır: “Biz bunların terrorçu olduğunu deyirik, ancaq başda ABŞ olmaqla strateji tərəfdaşlarımız bunların terrorçu olmadığını deyirlər”.
R.T. Ərdoğan qeyd edib ki, Suriyanın Münbiç bölgəsində ABŞ ilə hələ bir nəticə əldə olunmayıb: “Prezident Tramp 30 gün ərzində Suriyanı İŞİD terrorçularından təmizləyəcəyini deyir. Baxacağıq. Öz göbəyimizi özümüz kəsəcəyik”.
Prezident bildirib ki, hamı Türkiyənin güclü orduya sahib olduğunu qəbul edir: “Suriyada nə zaman meydana ensək işin gedişatı dəyişir. Ancaq bizim başımızı çox qatdılar. Bir gecə qəflətən endik və ondan sonra da iş xeyrimizə çevrildi. Növbə Fərat çayının şərqindəki terror yığınlarını dağıtma qərarımızı həyata keçirməyin vaxtı gəlib. Suriyada İŞİD adlı bir təhdid yoxdur, bu nağıldır. Bölgədəi İŞİD ünsürlərinə kim tərəfindən təlim keçildiyini yaxşı bilirik. Fəratın şərqində əməliyyat bir neçə gün ərzində başlayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top