Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşdi


Avro-2020-nin seçmə mərhələsinin birinci turunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununun stadionu müəyyənləşib.

Görüş  Zaqrebdəki "Maksimir" stadionunda oynanılacaq. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qeyd edək ki,  Xorvatiya - Azərbaycan görüşü gələn il martın 21-i keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.(qol.az)

DİGƏR XƏBƏRLƏR

Top