Şist nefti və qazı nədir?


Yaxın gələcəkdə şist nefti və qazı dünya enerji təchizatına mühüm təsir göstərəcək. Yeniavaz.com xəbər verir kmi, bu barədə ABŞ-ın Enerji İnformasiyası Agentliyi tərəfindən açıqlanan hesabatda bildirilr. Hesabata görə, ABŞ-da və dünyanın 41 ölkəkəsində mövcud olan şist neftinin ehtiyatı ümumi neft ehtiyatlarının 10 faizinə bərabərdir. Bu ölkələrin şist qazı ehtiyatı isə ümumi qaz ehtiyatlarının 32 faizini təşkil edir.
Bəs görəsən, dünya enerji təchizatına mühüm təsir edəcək şist qazı nədir? Məlumat üçün bildirək ki, şist qazının digər bir adı qaya qazıdır. Bu, yerin 4-5 min metr dərinliyində qaya laylarının arasında sıxılıb qalan metan qazıdır. Şist qazını əldə etmək hazırda qurudan və dənzidən hasil olunan neft və təbii qazla müqayisədə daha asan olsa da, maddi baxımdan heç də sərfəli deyil. Belə ki, bir quyu təxminən 500 min dollara başa gəlir. Şist qazını əldə etmək üçün hidro parçalama üsulundan istifadə olunur. Belə ki, əvvəlcə süni hovuz yaradılır. Hovuzun 97-98%-i su, digər hissələri isə qum və kimyəvi maddələrdən ibarət olur. Hovuzdakı maye borular vasitəsilə, həm də yüksək təzyiqlə şist nefti və qazının olduğu qaya laylarına vurulur. Nəticədə şist qazının olduğu qaya layları parçalanır və yarıqlar əmələ gəlir. Daha sonra vurulan suyun təzyiqi azaldılaraq qazın yuxarı çıxmasına şərait yaradılır. 

Hansı ölkədə nə qədər şist nefti və qazı var?
Təxmini hesablamalara görə, dünyada şist neftinin ən böyük ehtiyatı Rusiyadadar. Burda 72 milyard barel şist nefti var. Rusiyanın ardınca ABŞ, Çin, Argentina və Liviya gəlir.
Araşdırmalara görə ən çox şist qazı isə Çindədir, onun ardınca Argentina, Əlcəzair, ABŞ və Kanada gəlir. Çin 1 trilyon 217 milyard kubmetr şist qazı ehtiyatına sahibdir. Şist qazı ehtiyatı ABŞ-da 862 milyard, Meksikada 681 milyard, Argentinada 774 milyard, Kanadada 388 milyard, Avstralyada isə 396 milyard kubmetr təşkil edir. 
Ötən il dünyada qazılan 49 min neft və təbii qaz quyusunun 1000-i ABŞ-ın payına düşüb. Avropada ən çox şist qazı əldə edilən quyular Polşada yerləşir. Bu ölkə 34 quyu ilə birinci yerdə dayanır. Sonrakı pillələrdə isə Almaniya və Fransa gəlir. Fransa hökuməti etirazlar səbəbindən şist qazı istehsal edə bilmir.

Ətraf mühitə təsiri...
Mütəxəssislər şist qazının ətraf mühitə mənfi təsir edəcəyindən narahatdırlar. Belə ki, onlar bu yöndə aparılan işlərin zəlzələyə və yeraltı su ehtiyyatlarının çirklənmə riskini artırdığını düşünürlər. Təmizlənib yenidən istifadə olunsa da, daha əvvəl Qərbi Virciniyada quyudan çıxarılan suyun yandığı xəbəri yayılıb.

Azərbaycanda şist nefti varmı?
Araşdırmalar göstərir ki, Azərbaycanda da şist nefti və qazı mövcuddur. Azərbaycanda Aşağı Kür çökəkliyində, Qobustanda və digər regionlarda 50-yədək şist yatağı var. 2011-ci ilin iyul ayında SOCAR ABŞ-ın "ConocoPhillips" şirkəti ilə Azərbaycanın quru ərazisində kəşfiyyat işlərinin aparılması barədə müqavilə imzalayıb.
 
 
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top