Fransa ABŞ prezidentini ölkənin daxili işlərinə qarışmamağa çağırıb


Fransa ABŞ prezidenti Donald Trampıölkənin daxili siyasətinə qarışmamağa çağırıb.

Bunu ölkənin xarici işlər naziri Jan-İv Le DrianTrampın Fransada keçirilən etiraz aksiyaları ilə bağlı tvitinə cavab verərkən deyib.

"Bizim ABŞ-ın daxili siyasəti ilə işimiz yoxdur və bunun qarşılıqlı olmasını istəyirik. Mən bunu Donald Trampa deyirəm, eyni şeyi Fransa prezidenti də deyir: bizim xalqı rahat buraxın", - deyə Le Drian bildirib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top