
Bu ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 54,5 milyon dollar və ya 1% artaraq 5 milyard 590,9 milyon dollara yüksəlib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində valyuta ehtiyatları 336,7 milyon dollar və ya 6,4%, bu ilin əvvəlindən ötən dövrdə isə 256,3 milyon dollar və ya 4,8% artıb.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 254,2 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə - 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan - avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib - 1 milyard 238 milyon dollar.
Onu da bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. 2014-cü ildə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb. 2015-ci ildə azalma 2,7 dəfə və ya 8 milyard 741,6 milyon dollar təşkil edib. 2016-cı ildə 20,7% və ya 1 milyard 42,3 milyon dollar azalaraq 3 milyard 974,4 milyon dollar səviyyəsinə düşüb. Ötən il ərzində isə 34,2% və 1 milyard 360,2 milyon dollar artaraq 5 milyard 334,6 milyon dollara yüksəlib.
Son 13 ildə Mərkəzi Bankın valyuta ehtiyatları: |
|
TARİX | VALYUTA EHTİYATLARI |
31.12.2006 | 1 967,3 mln. $ |
30.11.2007 | 3 370,4 mln. $ |
30.12.2008 | 6 137 mln. $ |
29.12.2009 | 5 161,7 mln. $ |
30.12.2010 | 6 407,6 mln. $ |
30.12.2011 | 10 481,5 mln. $ |
31.12.2012 | 11 694,8 mln. $ |
30.12.2013 | 14 152 mln. $ |
31.12.2014 | 13 758,3 mln. $ |
30.12.2015 | 5 016,7 mln. $ |
30.12.2016 | 3 974,4 mln. $ |
29.12.2017 | 5 334,6 mln. $ |
30.11.2018 | 5 590,9 mln. $ |