
ABŞ-ın Alyaska ştatında 7,2 bal gücünədək yeraltı təkanlar baş verib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bölgədə baş vermiş zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Bildirilir ki, təqribən 7 dəqiqə ərzində 7,2 bal gücünədək bir sıra yeraltı təkanlar baş verib. ABŞ Geoloji Xidməti isə zəlzələ gücünün 6,6 bal olduğunu açıqlayıb.
Zəlzələnin episentri ştatın Ankorica şəhərindən 12 kilometr şimalda yerləşib. Zəlzələ ocağı yerin 35,5 kilometr dərinliyində olub. Xəsarət alan və dağıntılar barədə hələ məlumat yoxdur.
Footage from Snapchat maps on the earthquake in Anchorage. pic.twitter.com/5TPoHfpT7N
— ThorneSC (@ThorneSC) November 30, 2018