QHT Şurasının tətbiq edəcəyi yeniliklər AÇIQLANDI


Noyabrın 28-də Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Şuranın göstərdiyi xidmətlərin keyfiyyətinin, QHT-lərin hesabatlıq vəziyyətinin və yeni elektron xidmətlərinin müzakirəsinə dair ictimai dinləmə keçirib. 500-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda Azay Quliyev ictimai dinləmənin keçirilmə səbəbləri haqda fikirlərini açıqlayıb.

İctimai dinləmənin keçirilməsinin ikinci mühüm səbəbi QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir. Azay Quliyev xüsusi vurğulayıb ki, Şuranın qəbul etdiyi qərarların QHT-lər tərəfindən daha geniş şəkildə mübahisələndirməsinə imkan yaradılması, QHT-lərin həmin layihələrin vacibliyi, ictimai əhəmiyyəti və effektivliyi barədə fikir və rəylərini öyrənmək və gələcək qərar qəbulu zamanı nəzərə almaqdır. Bu məqsədlə ictimai dinləmə xüsusi önəm daşıyır və QHT təmsilçilərinin fikirləri əhəmiyyətlidir.

İctimai dinləmənin keçirilməsinin üçüncü mühüm səbəbi Şuranın göstərdiyi xidmətlərin keyfiyyətini müzakirə etməkdir. Bəllidir ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin həm də böyük ictimai əhəmiyyəti var. “Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi”, “Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti”, “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi”, “Konsultativ dəstək üzrə onlayn xidmət”, “Apelyasiya komissiyasının iclasında onlayn iştirak” proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaqlar. İlk dəfə tətbiq olunan bu elektron xidmət və proqramlar, Şura fəaliyyətində şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, Şuranın qərar qəbuletmə prosesində vətəndaşların bilavasitə iştirakı, ictimai nəzarət və ictimai iştirakçılığın təmin edilməsini daha da açıq nümayiş etdirir. Burada qeyd olunmalı vacib məqam, yenilik, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulunun yeni tətbiqlərdən sonra tamamilə elektronlaşdırılması və acıq, vahid baza üzərindən aparılmasıdır.

“Mən istərdim ki, hər 3 məsələ ilə bağlı QHT lərlə müzakirə aparam və onların fikir və rəylərini öyrənim”-deyən Şura sədri Azay Quliyev qeyd edilən yenliklərlə bağlı ətraflı məlumat verib. O, öncə tədbir iştirakçılarına Şurada indiyə qədər mövcud olan elektron xidmətlər haqda məlumat verib. Qeyd olunub ki, Şuranın təklif etdiyi elektron xidmətlərdən:
1. Layihələrin qəbulu (e-ərizə);
2. Layihələrin ekspertizası (Ekspertiza);
3. Apelyasiya müraciətlərinin qəbulu (Apelyasiya);
4. Hesabatların qəbulu (E-hesabat);
5. Dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması (Şura ilə layihələrin razılaşdırılması);
6. Elektron müraciət (E-müraciət);
7. qhtxeber.az saytı elektron informasiya proqramları mövcuddur. 
2019-cu ildən etibarən tətbiq ediləcək yeni xidmətlər isə aşağıdakılardır: 
1. Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi 
2. Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti
3. Layihələrin idarə edilməsi və e-hesabat proqramı
4. QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi
5. Konsultativ dəstək üzrə onlayn xidmət
6. QHTinnovasiya.az saytı
7. Apelyasiya komissiyasının iclasında onlayn iştirak 
8. “QHT Şurası” mobil tətbiqetmə proqramı

BK1A7332.jpg (1.33 MB)

Daha sonra yeni yaradılan xidmətlər və proqramlar haqda ətraflı məlumat verilərək, ictimiyyətə təqdim olunub. 
İctimaiyyətə təqdim olunan 8 yeni xidmət “mövcud vəziyyət”, “təklif olunan format” və “proqramın (yeniliyin) üstünlükləri” formasında qruplaşdırılaraq şərh edilib. 
“Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradacaq. Belə ki, qiymətləndirmədə iştirak üçün hər bir vətəndaş, Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış “Vətəndaşların layihələri qiymətləndirməsi” bölməsində qeydiyyatdan keçib, Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olub, rəy verib, qiymətləndirə bilər. Vətəndaş, maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab edilir. 
Şura tərəfindən təqdim edilən ikinci yenilik- müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. Təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır. Bu xidmət vasitəsilə qrant müqaviləsinin bağlanması üzrə aidiyyatı sənədlərdə müvafiq düzəlişlərin aparılmasını və müqavilənin imzalanması üçün dəqiq vaxtın müəyyənləşdirilməsini, beləliklə, bütün prosesin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsini təmin edilir. Bununla da, Şura ilə QHT arasında müqavilə bağlanması üçün zəruri olan sənəd dövriyyəsi tam şəkildə elektronlaşır. Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asanlaşdırmaq, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını almaq, şəffaflığı daha da artırmaq elektron xidmətin digər üstünlüyüklərindəndir.

Layihələrin idarə edilməsi və e-hesabat proqramı Şuranın təqdim etdiyi növbəti yenilikdir. Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin, Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə, 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək. Bu proqrama görə, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulu tamamilə elektronlaşdırılacaq və vahid baza üzərindən aparılacaq. Bundan başqa, proqram layihələrin yekunlarına dair müvafiq statistika və ümumiləşdirmələrin aparılmasını təmin edəcək. QHT-lər Şuranın bütün elektron xidmətlərinə vahid şifrə ilə giriş imkanı əldə edəcəklər. Layihə idarəedilməsi və hesabatların qəbulu ilə bağlı yazışmalar eyni zamanda QHT-lərin e-mail ünvanlarına avtomatik olaraq göndəriləcək ki, bu da qarşılıqlı əlaqələrin operativliyini yüksəldəcək və kommunikasiyada olan bütün çətinlikləri aradan qaldıracaq.

Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” proqramıdır. Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlıq vəziyyətində bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin, hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə, Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər. Hesabatın təqdim olunma müddəti Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur. 
Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:
1. 5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir;
2. 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir;
3. 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir;
4. 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür.

“Konsultativ dəstək üzrə onlayn xidmət” Şuranın növbəti ildən tətbiq edəcəyi yenilikdir. Belə ki, Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti onlayn formada təşkil edəcək. Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək. Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək. Müzakirə olunacaq mövzu barədə QHT-lərə sosial şəbəkələr vasitəsilə məlumat veriləcək. Onlayn konsultativ xidmət hər həftənin müəyyən günü (indiki halda çərşənbə günü, saat 15:00-dan 16:00-dək) təşkil olunacaq. Bundan başqa, QHT nümayəndələri onları maraqlandıran sualları istənilən zaman Şuranın rəsmi facebook səhifəsinin ismarıc qutusuna ünvanlaya bilər.

QHTinnovasiya.az saytının yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların ardan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etməkdən ibarətdir. Saytın strukturu əsasən İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı bölmələrindən ibarət olacaq.

Şura tərəfindən təkilfi oluna növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların Apelyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır. Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apelyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apelyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apelyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (video görüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq.

Şuranın təklif etdiyi sonuncu yenilik “QHT Şurası” mobil tətbiqetmə proqramı haqdadır. Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumun cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın facebook, tvitter və youtube sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir. Proqramı ödəniş etmədən Google Play Store-dan “QHT Şurası” ifadəsini yazaraq telefona yükləmək olar. Proqramın ən böyük üstünlüyü oflayn rejimdə asanlıqla istifadəsinin mümkünlüyüdür. Bu proqram vasitilə QHT-lər və geniş ictimaiyyət üçün Şuranın fəaliyyəti barədə vahid və mərkəzləşdirilmiş qaydada məlumat əldə etmək imkanı yaradılır, qrant müsabiqəsinin elanı, nəticələri və Şura ilə bağlı digər mühüm xəbərlər xüsusi bildiriş formasında proqram istifadəçilərinə dərhal göndərilir. Bununla da Şuranın informasiya təminatı müasir tələblərə uyğunlaşdırılır.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib. O, 2018-ci il üçün Şuraya layihə təqdim etmiş QHT-lərlə bağlı bəzi problemləri qeyd edib. F. Qurbanov icra olunan layihələrin proqram hissəsi üzrə problemlərdən danışarkən təlim və tədbirlərin, iaşə xidmətlərinin təşkili, layihə üzrə sənədləşmələrin aparılması, layihələr çərçivəsində hazırlanan materialları keyfiyyəti, layihə üzrə tədbirlərin planlaşdırılması, nəşr məhsulları, film və sosial çarxların hazırlanması, KİV-lərlə əlaqələrin zəif qurulması və hesabatların dolğun tərtib olunmasındakı problemlərdən bəhs edib.

Maliyyə hesabatı üzrə çatşışmazlıqlardan danışan icraçı direktor əmək müqavilələrinin elektron sistemə daxil edilməsində, əmək haqlarının və vergi ödənişlərinin vaxtında ödənilməsində, ezamiyyə xərclərinin təyinatı üzrə istifadəsində, təqdim olunan maliyyə sənədlərində, sair xidmətlər üzrə təqdim olunan diplom və sertifikatlarda, xidmət göstərən hüquqi şəxslərlə bağlı və s. uyğunsuzluq və problemlər haqda məlumat verib.

Daha sonra tədbirdə iştirak edən Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev vergi məcəlləsinə 2019-cu ildən təklif edilən əsas dəyişikliklərin istiqamətləri üzrə geniş təqdimatla çıxış edib.

Təqdimatdan sonra Şura üzvü Sahib Məmmədov, QHT sədrləri Əhməd Abbasbəyli, Səadət Bənənyarlı, Vüsalə Hüseynli, Niyaməddin Orduxanlı, Rauf Zeyni, Rasim Məmmədov, Bahar Qasımova, Bəxtimşah Tağıyeva, Mətanət Əsgərqızı, Şaban Nəsirov, Məhluqə Rəhimova, Ziba Nəbiyeva, Akif Kərimov, Məhəmməd Quluzadə, Büllur Məmmədova, Esmira Orucova, Növrəstə Yusifova, Faiq İsmayılov, Eyyub Hüseynov, Maral Zamanova, Çingiz Nəzərov, Mirzə Məmmədbəyov, Aydınxan Əbilov yeniliklərlə bağlı fikir və rəylərini bildirmiş, Vergilər Nazirliyinin nümayəndəsinə onları maraqlandıran suallarla müraicət etmişlər. QHT təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılmışdır.

Əlavə olunur: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətlərinin tətbiqi barədə məlumat

(tam mətn)

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
yeni elektron xidmətlərinin tətbiqi barədə

MƏLUMAT

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə yeni proqramlar hazırlayır.
2019-cu il üçün elektron xidmətlərə dair 8 istiqamət üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur:

1. Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi

Mövcud vəziyyət:
Şura dövlət qurumlarının nümayəndələrini və müstəqil ekspertləri cəlb etməklə QHT-lərin ictimai həyatın aktual məsələləri ilə bağlı təklif etdikləri layihələrin qiymətləndirməsini təşkil edir. Bu məqsədlə layihə təklifləri kodlaşdırılır və qiymətləndirilməsi üçün elektron qaydada ekspertlərə təqdim olunur. Şura hər bir layihə üzrə sənədləri, Katibliyin arayışını və ekspert rəyini müzakirə edərək müvafiq qərar qəbul edir.

Təklif olunan vətəndaş qiymətləndirməsi 
Şura 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradır.

Tətbiq olunan vətəndaş qiymətləndirməsi aşağıdakı qaydada həyata keçiriləcək:
• Müsabiqə zamanı Azərbaycan Respublikasının hər bir vətəndaşı Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış “Vətəndaşların layihələri qiymətləndirməsi” bölməsində qeydiyyatdan keçir;
• Qeydiyyat zamanı “ad, soyad, ata adı”, “şifrə” və “e-mail” kimi zəruri xanalar doldurulduqdan sonra vətəndaşın e-mail ünvanına qeydiyyatın təsdiqi barədə bildiriş göndərilir; 
• Vətəndaş qeydiyyatını təsdiqlədikdən sonra Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olur və onu qiymətləndirir;
• Vətəndaşın qiymətləndirdiyi layihələrə say məhdudiyyəti qoyulmur;
• Vətəndaş qiymətləndirmə zamanı layihənin adı, ideyası və qısa məzmunu, məqsəd və vəzifələri, layihədə görüləcək işlər və gözlənilən nəticələr, icra müddəti və ümumi məbləği haqda məlumat əldə edir və bu məlumatlar əsasında layihənin ictimai əhəmiyyətini nəzərə alaraq, onun maliyyələşdirilməsini Şuraya tövsiyə edir;
• Vətəndaş maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır. Vətəndaş öz seçimi əsasında rəyini geniş ictimaiyyətə açıq edə və ya yalnız Şuranın görə biləcəyi rejimdə bildirə bilər;
• Hər bir layihəyə verilən 3 səs 1 bal kimi qiymətləndirilir. Vətəndaşlardan 20 və daha çox bal toplayan layihələr maliyyələşdirilməsi üçün Şuraya tövsiyə olunmuş hesab edilir.

Vətəndaşlar tərəfindən layihələrin qiymətləndirilməsinin üstünlükləri

İlk dəfə tətbiq olunan vətəndaşlar tərəfindən layihələrin qiymətləndirilməsi təcrübəsi imkan verəcək ki:
 Layihələrin Şura tərəfindən qiymətləndirilməsi və maliyyələşdirilməsi prosedurunda şəffaflıq və aşkarlıq ən yüksək səviyyədə təmin edilsin;
 Şuranın qərar qəbul etmə prosesində vətəndaşların bilavasitə iştirakı təmin edilsin;
 Şuranın maliyyələşdirdiyi layihələrin birbaşa benefisiarları olan vətəndaşların həmin layihələrin vacibliyi, ictimai əhəmiyyəti və effektivliyi barədə fikir və rəyləri qərar qəbulu zamanı nəzərə alınsın;
 Şuranın qərar qəbul etmə prosesində ictimai nəzarət və ictimai iştirakçılıq təmin edilsin;
 Təqdim olunan layihələrin keyfiyyətinin və effektivliyinin artırılması və vətəndaşlar tərəfindən daxil olan yeni ideya və təşəbbüslərin sonrakı mərhələdə nəzərə alınması təmin edilsin;
 QHT-lər arasında sağlam rəqabət mühiti daha da güclənsin və büdcə vəsaitinin səmərəli istifadəsinə əlavə töhfə verilsin.

2. Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti

Mövcud vəziyyət:
Hazırkı vaxtadək QHT-lər qrant müqaviləsinin bağlanması üçün razılaşdırılması nəzərdə tutulan sənədləri e-mail vasitəsilə Şuraya təqdim edirdilər. Eyni zamanda müqavilə bağlanması prosesi tərəflər üçün münasib olan vaxt çərçivəsində tənzimlənmirdi. Bu da bəzən növbələrin yaranmasına və müqavilə bağlanması prosesinin uzanmasına səbəb olurdu.

Təklif olunan yeni elektron xidmət:
Təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını E-növbə xidməti vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır.

Elektron xidmətin üstünlükləri:
 Təklif olunan yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir;
 Elektron xidmət qrant müqaviləsinin bağlanması məqsədilə aidiyyəti sənədlər üzrə müvafiq düzəlişlərin aparılmasını və müqavilənin imzalanması üçün dəqiq vaxtın müəyyənləşdirilməsini, beləliklə, bütün prosesin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsini təmin edir. Bununla da, Şura ilə QHT arasında müqavilə bağlanması üçün zəruri olan sənəd dövriyyəsi tam şəkildə elektronlaşdırılacaq; 
 Bu xidmətin tətbiqi müqavilənin bağlanması mərhələsində operativliyin artırılmasını, subyektiv amillərin və mümkün neqativ halların qarşısının alınmasını təmin edəcək.

Qeyd. QHT-lərin müqavilə bağlanması üçün nəzərdə tutulan sənədləri vaxtında və müəyyən olunmuş qaydada təqdim etməməsi müqavilənin bağlanılmaması üçün əsas yaradır.


3. Layihələrin idarə edilməsi və e-hesabat proqramı

Mövcud vəziyyət:
2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılmışdır. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Proqramın texniki imkanları hesabatların təhlilini, əldə olunan məlumatların emalını və layihələrin icrasına və idarə olunmasına elektron nəzarəti tam təmin edə bilmir. Bundan başqa, Şuranın göstərdiyi müxtəlif elektron xidmətlərin hər birinə ayrı-ayrı daxilolma şifrələrinin tələb olunması QHT-lərin proqramdan istifadəsini çətinləşdirir.
Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edir.


Təklif olunan yeni proqram:
2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək.

Elektron xidmətin üstünlükləri:
 QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulu tamamilə elektronlaşdırılacaq və vahid baza üzərindən aparılacaq;
 Proqram layihələrin yekunlarına dair müvafiq statistika və ümumiləşdirmələrin aparılmasını təmin edəcək;
 QHT-lər Şuranın bütün elektron xidmətlərinə vahid şifrə ilə giriş imkanı əldə edəcək;
 Şura Katibliyinin əməkdaşlarının (layihə üzrə əlaqələndirici və mühasib) və QHT nümayəndələrinin layihənin icrasına dair bütün yazışmaları bir paneldə aparılacaq;
 Layihə idarəedilməsi və hesabatların qəbulu ilə bağlı yazışmalar eyni zamanda QHT-lərin e-mail ünvanlarına avtomatik olaraq göndəriləcək ki, bu da qarşılıqlı əlaqələrin operativliyini yüksəldəcək və kommunikasiyada olan bütün çətinlikləri aradan qaldıracaq;
Proqram “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” lövhəsinə müvafiq məlumatların ötürülməsini təmin edəcək.

4. QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi

Mövcud vəziyyət:
Hazırda QHT-lərin hesabatlıq vəziyyətində bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin, hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə, Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur.

Təklif olunan yeni proqram:
QHT hesabatlığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır.
Proqramda QHT-nin adı, QHT rəhbərinin adı və soyadı, icra edilən layihənin adı, başlama və bitmə tarixi, yekun hesabatın son təqdim edilmə tarixi və hesabatlıq vəziyyətinə dair məlumat qeyd olunacaq. Qeyd olunan məlumatlar “Layihələrin idarə edilməsi və e-hesabat” proqramı tərəfindən təmin ediləcək. Proqram Şuranın elektron resurslarında yerləşdiriləcək və ictimaiyyət üçün açıq olacaq. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər. 
Hesabatın təqdim olunma müddəti Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur. 
Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:
1. 5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir;
2. 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir;
3. 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir;
4. 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür.

Qeyd: Məhdudlaşdırma tədbirlərinin tətbiqi hesabatın təqdim olunması üçün müəyyən olunmuş tarixdən sonrakı dövrü əhatə edir.

Proqramın üstünlükləri:
 QHT-lərin layihə hesabatlığına ictimai nəzarət təmin edilir və bu sahədə şəffaflıq daha da artırılır;
 Layihənin idarə edilməsi və hesabatlıq vəziyyəti ilə bağlı QHT-lərin məsuliyyəti və intizamı daha da artır;
 Hər bir QHT-nin layihə hesabatlığı ilə bağlı vəziyyət ictimaiyyət üçün açıq olur; 
 QHT layihələrinin hesabatlığında subyektiv amillər tam olaraq aradan qaldırılır.


5. Konsultativ dəstək üzrə onlayn xidmət

Mövcud vəziyyət:
Şuranın Əsasnaməsinin tələblərinə uyğun olaraq QHT nümayəndələri üçün il ərzində müxtəlif mövzular üzrə konsultativ xidmət göstərilir. Bu xidmətə layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, ictimaiyyətlə əlaqələrin qurulması və QHT fəaliyyətinə aid digər mövzularla bağlı məsləhətlərin verilməsi daxildir. Hazırda Şura bu xidməti QHT-lərə müxtəlif formatlı görüşlər və sessiyalar vasitəsilə təşkil edir.

Təklif olunan yeni elektron xidmət:
Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti onlayn formada təşkil edəcək. Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək.
Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək. Müzakirə olunacaq mövzu barədə QHT-lərə sosial şəbəkələr vasitəsilə məlumat veriləcək. Onlayn konsultativ xidmət hər həftənin çərşənbə günü saat 15:00-dan 16:00-dək təşkil olunacaq.
Bundan başqa, QHT nümayəndələri onları maraqlandıran sualları istənilən zaman Şuranın rəsmi facebook səhifəsinin ismarıc qutusuna ünvanlaya bilər.

Elektron xidmətin üstünlükləri:
Nəzərdə tutulan xidmətin tətbiqi QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması, QHT layihələrinin idarə edilməsi və hesabatlarının hazırlanması, QHT-lərin idarə olunması və fəaliyyətlərinin səmərəli təşkili, QHT-lərin digər qurumlarla əməkdaşlıq münasibətlərinin tənzimlənməsi və bu sahədə QHT-lərin qarşılaşdıqları çətinliklərin və problemlərin operativ şəkildə həlli istiqamətində Şuranın göstərdiyi xidmətin effektivliyini artıracaq. 
Bununla da, konsultativ dəstək almaq istəyən QHT nümayəndələri keyfiyyətli xidmətlə təmin olunacaq, xüsusilə sağlamlıq imkanları məhdud olan şəxslər, o cümlədən regionlarda fəaliyyət göstərən QHT-lər əlavə vaxt və vəsait xərcləmədən Şuranın bu xidmətindən rahat şəkildə istifadə edə biləcəklər.


6.QHTinnovasiya.az saytı

Mövcud vəziyyət:
Son dövrlərdə keçirilən qrant müsabiqələrinə təqdim edilən bir sıra QHT layihələrinin məzmunu onların ictimai əhəmiyyətli problemlərin həllinə adekvat yanaşmadıqlarını əks etdirir. QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmalar müşahidə olunur. 
Bununla yanaşı, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etməyə və yeni kadr hazırlığını həyata keçirməyə ehtiyac var.
Bundan başqa, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etmək günümüzün əsas tələbləri sırasındadır.

Təklif olunan yeni xidmət:
Yuxarıda qeyd olunan məsələlərin həlli ilə bağlı müvafiq addımların atılması və bu istiqamətdə vahid informasiya məkanının yaradılması məqsədilə “qhtinnovasiya.az” saytı hazırlanır. Saytın strukturu əsasən İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı bölmələrindən ibarət olacaq.

Xidmətin üstünlükləri:
 İdeya bankında vətəndaşlar, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar və QHT nümayəndələrinin ictimai əhəmiyyət kəsb edən və Şuranın göstərdiyi dövlət dəstəyinin prioritet istiqamətlərinə uyğun olan yeni təşəbbüs və ideyaları yer alacaq. Bu resurs QHT-lər üçün ideya mənbəyi rolunu oynayacaq və onlar Şuraya təqdim etdikləri layihə təkliflərində istifadə edə biləcəklər. Bu da öz növbəsində Şuraya təqdim olunan layihələrin məzmununu zənginləşdirəcək və onların daha çox ictimai əhəmiyyətli problemlərin həllinə töhfə verməsinə yardım edəcəkdir. Şura vətəndaşları innovativ ideyalarla çıxış etməyə həvəsləndirmək üçün mükafatlandırma tədbirlərini də nəzərdə tutur; 
 Ekspert və kadr bankı müxtəlif sahələr üzrə mütəxəssislər, o cümlədən ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi, dövlət proqramlarının icrasına QHT təmsilçilərinin cəlb edilməsi üçün müasir tələblərə cavab verən şəxslər haqqında məlumatları özündə cəmləşdirəcək. Burada mütəxəssislər haqqında toplanan məlumatlardan QHT-lər, dövlət qurumları və özəl sektor yararlana biləcək;
 Könüllü bankı beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda uğurla həyata keçirilən könüllülüyün fəaliyyət sahəsinin daha da genişləndirilməsinə xidmət edəcək. Burada QHT, dövlət qurumları və özəl sektorda könüllü kimi çalışaraq təcrübə toplamaq istəyən şəxslər haqqında məlumatlar toplanacaq. Bu da öz növbəsində könüllülərin gələcəkdə münasib işlə təmin olunmasına əlavə imkan yaradacaq;
 Təlim bankında QHT fəaliyyətinə aid müxtəlif sahələr üzrə təlimçilər haqqında məlumatlar toplanacaq. QHT-lər və digər qurumları paytaxtda və regionlarda təlimlər təşkil etmək üçün bankın imkanlarından istifadə edə biləcəklər. Burada, həmçinin QHT-lərin fəaliyyəti üçün zəruri metodiki vəsaitlər də yerləşdiriləcək.

Qeyd. Göstərilən kateqoriyalar üzrə məlumatlar maraqlı şəxslər və qurumlar tərəfindən qhtinnovasiya.az saytına göndərilməlidir.


7. Apelyasiya komissiyasının iclasında onlayn iştirak 

Mövcud vəziyyət:
Məlum olduğu kimi, Apelyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir.
Apelyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur.
Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apelyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər.

Təklif olunan yeni elektron xidmət:
Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (video görüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq. Bu halda QHT-lər Apellyasiya komissiyasına müraciət müddəti başa çatdıqdan sonra ən geci 3 iş günü ərzində müraciət etməlidirlər. 

Qeyd. Bu xidmət qeyd olunan kateqoriyadan olan QHT nümayəndələrinin Apelyasiya komissiyasının iclaslarında birbaşa iştirak etmək istəyinə heç bir məhdudiyyət yaratmır.

Elektron xidmətin üstünlükləri:
Şuranın qəbul etdiyi qərarların QHT-lər tərəfindən daha geniş şəkildə mübahisələndirməsinə imkan yaradan bu xidmətin tətbiqi aşağıdakı üstünlükləri təmin edir:
 Apelyasiya komissiyasının iclaslarının şəffaflıq və aşkarlıq əmsalı artırılır;
 Şuranın qəbul etdiyi qərarların daha obyektiv və ədalətli olması təmin edilir;
 Bütün QHT-lərə bərabər şəkildə Şuranın Apelyasiya komissiyasının iclaslarında iştirakına şərait yaradılır;
 Sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinin vaxt itkisinin və əlavə xərclərinin qarşısı alınır;
 Şuranın qəbul etdiyi qərarlardan yaranan hər hansı bir narazılığa aydınlıq gətirilir və bu istiqamətdə müvafiq qərarlar qəbul edilir.


8. “QHT Şurası” mobil tətbiqetmə proqramı

Mövcud vəziyyət:
İctimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə Şuranın cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın facebook, tvitter və youtube sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.

Təklif olunan yeni informasiya təminatı xidməti:
Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. 
Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir. Proqramı ödəniş etmədən Google Play Store-dan “QHT Şurası” ifadəsini yazaraq telefona yükləmək olar.

Proqramın üstünlükləri:
 QHT-lər və geniş ictimaiyyət üçün Şuranın fəaliyyəti barədə vahid və mərkəzləşdirilmiş qaydada məlumat əldə etmək imkanı yaradılır;
 Proqramın oflayn rejimdə asanlıqla istifadəsi təmin edilir;
 Qrant müsabiqəsinin elanı, nəticələri və Şura ilə bağlı digər mühüm xəbərlər xüsusi bildiriş formasında proqram istifadəçilərinə dərhal göndərilir;
 Şuranın informasiya təminatı müasir tələblərə uyğunlaşdırılır.

Qeyd. Mobil tətbiqetmədən hazırda android sistemli telefonlar vasitəsilə istifadə etmək mümkündür. Növbəti ildən isə İOS sistemli telefon istifadəçiləri də mobil tətbiqetmədən yararlana biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top