Azərbaycan İpoteka Fondu kənar auditor axtarır

"Azərbaycan İpoteka Fondu" ASC-nin 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğususu keçirir. Fonddan verilən məlumata görə, satınalmada iştirak haqqı 150 manatdir. İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin hesabına köçürülməlidir. Satınalma üzrə ilkin sənədlər oktyabrın 26-dək, təklif zərfləri isə noyabrın 7-dək qəbul ediləcək. Məsələ üzrə zərflər noyabrın 8-i saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaq. Satınalmanın nəticəsi Nizamnaməyə uyğun olaraq Cəmiyyətin Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcək. Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 134) nömrəli telefona zəng etmək olar.

Report

DİGƏR XƏBƏRLƏR

Top