Azərbaycandan fərqli olaraq dünyanın bir çox ölkələrində hətta vəzifəli şəxslər də işə velosipedlə gedib-gəlirlər. Onlarda bu artıq bir vərdiş halını alıb. Ölkəmizdə də velosiped sürənlərin sayı son illər artmaqdadır, ancaq daha çox ola bilərdi. Bunun isə səbəbi xüsusilə şəhər yerlərində, paytaxtda velosiped sürmək üçün yolların olmamasıdır. Velosiped sürənlərin sayı artsa, tıxaclar azalar, ekologiya korlanmaz, bu bəllidir, ancaq bunun insan orqanizminə faydalarından çoxumuz xəbərsizik.
Yeniavaz.com saytı velosipedin insan orqanizminə faydalarını təqdim edir.
1. Kalori itirməyə yardımçı olur.
2. Bədəni formada saxlayır.
3. Oynaqlara xeyirlidir.
4. Ürək sağlamlığını qoruyur.
5. Damarlara xeyirlidir.
6. Ağciyərlərin sağlam qalmasına kömək edir.
7. Əzələləri inkişaf etdirir.
8. Maddələr mübadiləsini artırır.
9. Diz və ayağı gücləndirir.
10. Gənc qalmağa kömək edir.
11. Bədənin idmana alışmasını təmin edir.
12. Qan dövranını tənzimləyir.
13. Əsəb sistemini normallaşdırır.
14. Bədənimizə elastiklik qazandırır.
15. Şəkər xəstəliyindən əziyyət çəkənlərə yaxşı təsir edir.
16. Yüksək təzyiqi olanların narahatlıqlarını azaldır.
17. Ağrıları azaldır.
18. Revmatizmadan əziyyət çəkənlərə yaxşı təsirləri var.
19. Stressi azaldır.
20. Daha sağlam olacaqsınız.
21. Qolları gücləndirir.
22. Velosiped sürənlər axşamlar daha rahat yatırlar.
23. Orqanizmin müqavimət qabiliyyətini artırır.
24. Cinsi həyata müsbət təsir edir.
25. Çəkini sabit saxlamağa kömək edir.
26. Velosiped sürmək fikri cəmləməyə kömək edir.
27. İnfarkt riskini 50 faiz azaldır.