
Türkiyəli müstəntiqlər jurnalist Camal Qaşıqçının qətl işi üzrə İstanbulun cənubundakı Yalova vilayətindəki şəhər qırağında olan evdə operativ- istintaq tədbirləri keçirir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, kriminalçılar villa və bağın daxili həyətinin tədqiq edilməsinə xüsusi diqqət ayırırlar. Mütəxəssislər jurnalistin cəsədinin qalıqlarının izlərinin axtarışına önəm verirlər.