Fransadan Qaşıqçı cinayətinə görə səudiyyəlilərə qarşı sanksiya


Almaniyadan sonra Fransa da jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqəsi olan 18 nəfərə sansiya tətbiq edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, sözügedən 18 nəfərin Fransaya girişi qadağan edilməklə yanaşı, həmin qadağanın bütün "Şengen" bölgəsinə də şamil olunur. Nazirliyin açıqlamasına görə, Qaşıqçı cinayəti üzrə aparılan təhqiqatın nəticələrinə görə, sanksiyalar yenidən baxıla və ya  artırıla bilər: "Fransa Camal Qaşıqçı cinayətinə dair bütün həqiqətlərin ortaya çıxmasını və Səudiyyə Ərəbistanında bu məsələ ilə bağlı şəffaf, ətraflı və geniş bir cavab gözləyir".

DİGƏR XƏBƏRLƏR

Top