Bakıda vəhşilik - diri-diri zibilə atdılar - VİDEO


Bakıda cücələri zibil qutularına atıblar. Özüdə diri cücələri kisələrə yığaraq ağzını bağlayıblar. Sosial şəbəkələrdə yayılan görüntülər kəskin qınağa səbəb olub. Məsələyə Qida Təhlükəsizlyi Agentliyi də münasibət bildirib.

Diri cücələri kisəyə yığıb zibil qabına atıblar.

Naməlum şəxs və ya şəxslər 10- la cücəni kisələrə yığaraq ağzını bağlayıb.Sonra isə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsindəkizibil qablarına atıblar.

Əraziyə zibil atmaq üçün gələn sakinlərdən biri axşam saatlarında qutudan səs gəldiyini görüb kisənin ağzını açıb. O cücələrin diri olduğunu görən kimi həmin anı telefon vasitəsi ilə çəkərək sosial şəbəkələrdə paylaşıb.

Səhər saatlarında əraziyə getsək də həmin cücələrin ordan götürüldüyünü gördük. Cücələrin nə üçün atıldığı məlum olmasa da, onlarda hansısa xəstəliyinin olduğu ehtimal edilir. Elə faktın üstünü açan şəxs də bunu iddia edir.

Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyevin verdiyi məlumata görə, belə faktlar adətən həyətində öz istifadəsi üçün cücə saxlayan şəxslər tərəfindən edilir. Aydın Vəliyev deyir ki, iri quşçuluq fermalarında saxlanılan cücələrdə hər hansı bir xəstəlik aşkar edilərsə onlar xüsusi üsulla məhv edilərək basdırılır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, həmin hadisə nəzarətə götürülüb. Bununla bağlı Agentliyin baytar mütəxəssisləri tərəfindən araşdırmalar aparılacaq. Nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
(Xəzər xəbər)

 

DİGƏR XƏBƏRLƏR

Top