Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR


Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.

Dəyişikliklərə əsasən, qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.

Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə olunacaqlar.
Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 yüz manatdan 1000 manatadək məbləğdə cərimə ediləcəklər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq olunacaq.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top