Alla Puqaçova ölümcül xəstəliyə tutulub


Mediada Rusiya estradasının primadonnası Alla Puqaçovanın sağalmaz xəstəliyə tutulduğu yazılır.

Alla Puqaçovada ikinci dərəcəli şəkərli diabet xəstəliyi aşkarlanıb. Müğənninin son zamanlar çəkilən şəkillərində də bunu görmək olar. O, çox arıqlayıb və üzündən xəstə olması sezilir.

Şəkərli diabet xəstəliyi artıq çəki, stress, qorxu və digər səbəblərdən yaranır. Müğənni dəfələrlə müsahibələrində deyib ki, o stressli həyatı yaşayır. Eyni zamanda, müğənnidə yüksək xolesterin aşkarlanıb. Bu səbədən o, koronar damarların genişləndirilməsi üsuluna əl atmalı olub.

İddia edilir ki, Puqçova ölümcül xəstə olduğunu bildiyindən, həyat yoldaşı Maksim Qalkinlə kilsədə də evlənmək qərarıəna gəlib. 

Onun xəstəlinin hamıdan gizlətməyə çalışdığı bildirilir. (Sputnik-Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top