
Mərakeş Kralı VI Məhəmməd Parisdə Fransa Prezidenti Emmanuel Makron çıxış edərkən yuxuya gedib. Yeniavaz.com “Life.ru” portalına istinadla xəbər verir ki, kuryoz hadisə Parisdə I Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü münasibətilə keçirilən xatirə tədbirində baş verib.
E. Makron tədbirdə çıxış edərkən stulda outran Mərakeş Kralının yuxuladığı görülür. Maraqlıdır ki, VI Məhəmmədin yanında ABŞ-ın birinci xanımı Melanya Tramp oturub. O, Kralın yanında yatmasına heç bir reaksiya vermir. Bunun əksinə, M. Trampın əri, ABŞ Prezidenti Donald Tramp qınayan baxışlarla Krala tərəf baxır.