Faiq Ağayevi deputatlığa həvəsləndirən xalq artistləri, xalq şairləri, xalq yazıçıları - SİYAHI


Xəbər verildiyi kimi, ARB TV-nin "Kim var, kim yox?" verilişinin qonağı olan xalq artisti Faiq Ağayev deputat olmaq arzusundan danışıb: "Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlilərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət".

Faiq Ağayevin deputat olmaq istəməsi barədə fikirləri sosial şəbəkədə müzakirə olunub, dəstəkdən çox, tənqid xarakterli şərhlər bildirilib.
Bir neçə il öncə isə xalq artisti Məleykə Əsədova deputat olmaq istədiyini bildirmişdi.
Bugünlərdə dünyasını dəyişən xalq artisti Amaliya Pənahova da bir neçə il öncə Milli Məclisin deputatı olmuşdu.
Ümumiyyətlə, xalq artistləri, xalq şairləri, xalq yazıçıları arasında vaxtilə deputat olanlar kifayət qədərdir. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

1. Xalq artisti Zeynəb Xanlarova - hazırda da Milli Məclisin deputatıdır. Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Milli Məclisinin (I-IV çağırış) deputatı olub. 

2. Xalq artisti Amaliya Pənahova -  2000-2005-ci illərdə deputat olub.

3. Xalq artisti Şəfiqə Məmmədova - 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

4. Xalq artisti Mikayıl Mirzə - 2 dəfə deputat seçilib.

5. Xalq rəssamı Ömər Eldarov - 1995-ci ildə Milli Məclisə deputat seçilib.

6. Xalq şairi Bəxtiyar Vahabzadə - 1990-cı ildə Ali Sovet deputatı, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

7. Xalq şairi Vaqif Səmədoğlu - 2000-2005-ci illərdə millət vəkili olub.

8. Xalq yazıçısı Maqsud İbrahimbəyov - 1995, 2000, 2005-ci illərdə deputat olub.

9. Xalq şairi Zəlimxan Yaqub - 1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub.

10. Xalq şairi Sabir Rüstəmxanlı - 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub.

DİGƏR XƏBƏRLƏR

Top