Elektron xidmət təqdim edən və etməyən dövlət qurumlarının SİYAHISI


"Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən ən önəmli layihələrdən biri də "Elektron Hökumət" ("e-hökumət") layihəsidir. Yeniavaz.com xəbər verir ki, "e-hökumət"in uğurlu fəaliyyəti göstərə bilməsi üçün müvafiq qurumlar tərəfindən mütləq elektron xidmətlər təklif olunmalıdır. Hazırda əksər hökumət qurumları elektron xidmətlər təklif etsələrdə, hələ də elektron xidmətlər təklif etməyən və yaxud da məhdud sayda xidmət təklif edən qurumlar da var.
"E-hökumət" layihəsinin əsas hissəsi olan "www.e-gov.az" internet portalına hökumətin (Nazirlər Kabineti) tərkibinə daxil olan 33 qurumdan 28-i qoşulub. Nazirlər Kabinetində təmsil olunan 18 nazirlikdən 17-si "e-hökumət" layihəsinə qoşulub. Yalnız Müdafiə Nazirliyi vətəndaşlara elektron xidmətlər təqdim etmir.
Eyni zamanda Nazirlər Kabinetində təmsil olunan 8 Komitədən 1-i (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi), 5 Xidmətdən 2-si (Dövlət Təhlükəsizliyi Xidməti və  Xarici Kəşfiyyat Xidməti) və 2 Administrasiya (Qida Təhlükəsizliyi Agentliyi,  Dövlət Turizm Agentliyi) elektron xidmətlərə qoşulmayıb.
Bunlardan başqa Mərkəzi Seçki Komissiyası, "AzərEnerji" ASC, "Azərsu" ASC və "Melorasiya və Su Təsərrüfatı" ASC və s. bu kimi dövlət qurumları da elektron xidmətlərini "www.e-gov.az" internet portalın inteqrasiya ediblər.
Qeyd edək ki, hazırda təsdiq edilən elektron xidmətlərin sayı 436-yə çatıb və bunların 335-i " www.e-gov.az" portalına inteqrasiya olunub. Dövlət qurumlarına məxsus olan veb-saytlarda isə 494 elektron  xidmət yerləşdirilib.
"E-hökumət portalı vasitəsilə ən çox elektron xidmət təqdim edən dövlət qurumu Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyidir. Vergilər Nazirliyi müxtəlif istiqamətlərdə ümumilikdə 65, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi isə 39 elektron xidmət təqdim edir.
Bu xidmətlərin bəzilərindən "www.e-gov.az" portalında qeydiyyatdn keçmədən istifadə etmək olar. Digər xidmətlərdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bundan başqa vətəndaşlara ən çox elektron xidmət təqdim edən qurumların başında Əmlak Məsələləri Dövlət Komitəsi (35 xidmət), Səhiyyə Nazirliyi (31 xidmət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (28 xidmət),  Ədliyyə Nazirliyi (24 xidmət), Kənd Təsərrüfatı Nazirliyi (22 xidmət), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (18 xidmət), Dövlət İmtahan Mərkəzi (21 xidmət) və Dövlət Dəniz Administrasiyası (17 xidmət) dayanır.
"www.e-gov.az" portalı vasitəsilə minimum sayda, cəmi 1 elektron xidmət təqdim edən qurumlar arasında "AzərEnerji" ASC, Müdafiə Sənayesi Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi,  Baş Prokrorluq, Xarici İşlər Nazirliyi, Mənzil İnşaatı Dövlət Agentliyi və Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi yer alıb.
Bəzi dövlət qurumları isə elektron xidmətlər təqdim etsələr də bunlar "www.e-gov.az" portalına inteqrasiya olunmayıb. Bəzi dövlət qurumları isə heç bir elektron xidmət təqdim etmirlər. Elektron xidmətlər reyestrində Dövlət Təhlükəsizliyi ilə Xarici Kəşfiyyat Xidmətləri və Müdafiə Nazirliklərinə, həmçinin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsiə məxsus təsdiqlənmiş elektron xidmətlər mövcud deyil.
 
 

DİGƏR XƏBƏRLƏR

Top