Eynşteynin məktubu hərraca çıxarılacaq


Albert Eynşteynin məktubu Qüdsdə hərraca çıxarılıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, məşhur alim məktubda nasist Almaniyasının kədərli gələcəyi olcağını əvvəlcədən xəbər verir.
Məktubun başlanğıc qiyməti 12 min dollar təşkil edir. Onun 1922-ci il avqustun 12-də yazıldığı qeyd edilir. Məktubun göndərildiyi ünvan məlum deyil. A. Eynşteyn onu Almaniyanın yəhudi əsilli xarici işlər naziri Valter Ratenau qətlə yetirildikdən sonra müvəqqəti Berlini tərk etməyə məcbur olarkən yazıb.
Alim bacısına yazdığı məktubda Almaniyadakı antisemitizm mövzusuna toxunur və ölkənin iqtisadi və siyasi gələcəyinin qaranlıq olduğunu vurğulayır. Hərrac noyabrın 13-də baş tutacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top