Gələn ildən etibarən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinə aid edilən sosial sığorta haqlarını Vergilər Nazirliyi toplayacaq. Bu barədə hökumətdən bildirilib: «DSMF-ə aid sığorta haqlarının növbəti ildən etibarən vergi orqanlarının səlahiyyətlərinə daxil edilməsi nəzərdə tutulur».
Qeyd edək ki, 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur. (fed.az)